RU

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlıq işlərinə başlanılıb

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Teleqraf.coma-a bildiriblər ki, həmin ərazi daim BŞİH-in nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.


Müəllif: Teleqraf.com
Избранный
7
40
teleqraf.com

10Источники