RU

Buzlaqların əriməsi dəhşətli vulkanlara səbəb olacaq

Braun Universitetinin alimləri maraqlı faktlar aşkarlayıblar. Onlar müəyyən ediblər ki, iqlim dəyişikliyi nəticəsində Antarktika buzlaqlarının əriməsi vulkan püskürmələrinin tezliyini və gücünü artıra bilər. Çünki buzlaq kütləsinin itirilməsi Yer kürəsinin ən böyük vulkanik əyalətlərindən biri olan Qərbi Antarktika Rift Zonasında maqma kameralarına əhəmiyyətli dərəcədə təsir edir.

Bununla bağlı araşdırma Geochemistry, Geophysics, Geosystems (GGG) jurnalında dərc olunub.

Kilometrlər qalınlığında olan buz təbəqələrinin əriməsi Yer səthinə təzyiqi azaldır və onun yüksəlməsinə səbəb olur. İzostatik rebound kimi tanınan bu proses maqma kameralarının içərisində təzyiqi dəyişir. Təzyiqin azalması kameranın genişlənməsinə imkan verir, uçucu maddələrin (su və karbon dioksid) sərbəst şəkildə çölə buraxılmasına və nəticədə vulkan püskürməsinə səbəb olur.

Tural

Избранный
11
news365.az

1Источники