Belçikada işçilər pensiya hüquqlarının kəsilməsinə etiraz ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Belçikadakı müxalif partiyaların birgə çağırışı ilə minlərlə insan Brüsselin mərkəzindəki Albertin meydanına toplaşıb.
Yaşıl, qırmızı və göy rəngli palto və jilet geyinən etirazçılar ölkədə həyata keçiriləcək qənaət siyasətinə qarşı şüarlar səsləndiriblər.
Etirazçılar \"Əllərinizi pensiyalarımızdan çəkin”, \"Mənim pensiyama toxunmayın” və \"Biz daha ədalətli cəmiyyət üçün layiqli pensiya istəyirik” yazılmış plakatlar qaldırıblar.
Etirazçılar əsas yollardan istifadə edərək, təxminən 2 kilometr aralıda yerləşən Ədalət Sarayının qarşısına doğru yürüş ediblər.
Cəmalə