RU

İlham Əliyevin BƏƏ səfəri: İki ölkə arasında əlaqələr sürətlə inkişaf edir

Deputat Elman Nəsirov bildirib ki, BƏƏ ilə Azərbaycanın əlaqələri yüksək inkişaf tempinə malikdir.

"Prezident İlham Əliyev yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Bu səfər, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bütün istiqamətlər üzrə inkişafı bir daha təsdiqləyir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. COP tədbirinin BƏƏ-də və Azərbaycanda keçirilməsi, bu beynəlxalq tədbirdə hər iki dövlətin yüksək səviyyədə təmsil olunması dediklərimizi bir daha təsdiq edir".

Bu sözləri "Operativ Media"ya Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O, bildirib ki, iki ölkə arasında İqtisadi-ticarət əlaqələri sürətlə inkişaf edir:

"Xüsusilə də enerji təhlükəsizliyi sahəsində, yaşıl enerjiyə keçid məsələlərində iki dövlətin münasibətləri inkişaf etməkdədir. Nəzərə alsaq ki, BƏƏ-nin "Masdar" şirkəti Qaradağ Günəş Elektrik Stansiyasını təsis edib və onun açılışını həyata keçirib. Həmin açılış mərasimində BƏƏ-nin 4 naziri iştirak edib. Bu da bir daha göstərir ki, bizim əlaqələrimiz çox sürətlə inkişaf edir.

Enerji təhlükəsizliyi mövqeyindən "yaşıl iqtisadiyyata keçid" məsələləri xüsusi önəm kəsb edir. Bu sahədəki iki ölkənin əlaqələrinin sürətlə inkişafı yalnız məmnunluq doğurur. Birgə investisiya fondunun yaradılması və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi hər iki ölkə üçün iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir.

BƏƏ ilə Azərbaycanın əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də yüksək inkişaf tempinə malikdir. Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin əlaqələri sürətlə inkişaf edir".

Politoloq Tural İsmayılov bildirib ki, İlham Əliyev bundan əvvəlki Əbu Dabidəki toplantılarda xüsusi qonaq qismində əyləşib:

"Bütövlükdə BƏƏ-də ölkə prezidenti İlham Əliyevin fikirlərinə həmişə böyük dəyər verilir. Azərbaycan üzv olmadığı halda Ərəb dövlətlərinin təşkilatlarının liqalarına qatılıb. Eyni zamanda, Azərbaycan özünün üzv olmadığı təşkilatlara fəxri qonaq qismində dəvət edilib. Bu, İlham Əliyevin siyasətinə yüksək etimadın nəticəsidir. Yəni Azərbaycan, üzv olmadığı təşkilatlarda da daim fəal iştirak edir. Bu gün Azərbaycan prezidentinin fikirlərinə dünyanın müxtəlif siyasi və iqtisadi təşkilatlarında, geosiyasi mərkəzlərində böyük önəm verilir. Bu baxımdan, prezidentin 13 dövlət başçısının qatıldığı tədbirdə iştirak etməsi və BƏƏ-yə səfər etməsi Azərbaycanın artan siyasi çəkisinin göstəricilərindən biridir. Biz nəzərə almalıyıq ki, BƏƏ dünyanın iqtisadi və turizm mərkəzlərindən biridir. Plüralizmin böyük enerji məhsulları ilə yanaşı, alternativ enerjiyə olan maraqları da mövcuddur.  BƏƏ-nin "Masdar"  Azərbaycana investisiya mühiti ilə maraqlanır, sərmayələr edir. Bu baxımdan, BƏƏ səfəri iki ölkənin qarşılıqlı əlaqələri üçün çox önəmlidir".

Избранный
5
operativmedia.az

1Источники