Bu böyüklükdə yanğınların baş verməsinin səbəbləri nədir?
Bununla bağlı ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, yanğın baş verən ərazidə iqlim şəraiti kəskindir:
“Yanğının hansı səbəbdən baş verməsindən xəbərim yoxdur. Yanğının genişmiqyaslı olmasının əsas səbəbi küləkli hava şəraitidir. Oranın tarixində olmayan güclü küləklər baş verib. 20-30 il bundan qabaq ki vəziyyət təkrarlanıb. Səbəblər müxtəlif ola bilər. Ya kimsə ocaq qalayıb, ya da ki ildırım çaxmasından yaranıb. Bütün hallarda üzücüdür”.
Leyla
Demokrat.az