RU

Estoniya XİN rəsmisinin Rusiyaya girişi qadağan edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Estoniya Xarici İşlər Nazirliyinin qlobal məsələlər üzrə vitse-kansleri Minna-Liyna Lindin Rusiyaya girişi qadağan edilib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Moskvadakı yüksəkrütbəli mənbə məlumat verib.
Məlumata görə, bu qərar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ATƏT Xarici İşlər nazirlikləri rəhbərlərinin görüşündən əvvəl vizasının ləğvinə cavab olaraq verilib.
"Estoniya Xarici İşlər Nazirliyinin qlobal məsələlər üzrə vitse-kansleri və sistemli rusofobiyası ilə tanınan Minna-Liyna Lind Rusiyaya girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu, Rusiya nümayəndə heyətinin 2024-cü ilin dekabrında ATƏT-in xarici işlər nazirlərinin toplantısına yola çıxması ərəfəsində Zaxarovanın Malta vizasının ləğv edilməsinə cavabdır.
Избранный
4
oxu.az

1Источники