RU

AK sədri pnevmaniyadan sağalır və gələn həftədən vəzifələrini icra edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen pnevmaniyadan sağalır və gələn həftədən etibarən vəzifələrini icra edəcək.

“Report” xəbər verir ki, bunu AK-nın rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.

"O, Hannoverdəki evindədir və bu həftə kollegiyaya sədrlik etməyəcək. O, Avropa Komissiyası sədrinin icraçı müavini Teresa Ribera Rodrigesdən onu əvəzləməsini xahiş edib və həftə sonundan etibarən səlahiyyətlərini bərpa etməlidir", - o qeyd edib.

P.Pinyunun sözlərinə görə, AK sədri gələn həftə Davosda keçiriləcək iqtisadi forumda, eləcə də Strasburqda Avropa Parlamentinin plenar iclasında iştirak edəcək.

Jurnalistlər AK-nın mətbuat xidmətini Avropa Komissiyası sədrinin xəstəxanaya yerləşdirilməsi barədə deyil, yalnız xəstəlik barədə məlumat verdiyinə görə tənqid edərək bunu şəffaflıq prinsipinin pozulması sayıblar.

Buna cavab olaraq mətbuat katibi fon der Lyayenin təxminən bir həftə xəstəxanada olduğunu, lakin süni tənəffüs aparatına qoşulmadığını və intensiv terapiya şöbəsinə yerləşdirilmədiyini təsdiq edib.

Избранный
11
1
report.az

2Источники