RU

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub (FOTO)

Əbu-Dabi. Trend:

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Trend xəbər verir ki,Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycanarəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsindədövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmışmüzakirələri məmnunluqla xatırladı.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakınıbir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki,bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasındaAzərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və buölkənin konsepsiyası da öz rolunu oynayıb.

Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıqxarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluqvə qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğuladılar. Hazırdaölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeydolundu.

Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyənPrezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyiniqeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunanenerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun vətərəfdaşlığımızın nümunəsi olduğunu vurğuladı. Həmçininölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyiqeyd olundu.

Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlımaraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Əbu-Dabidə
Əbu-Dabidə
Əbu-Dabidə
Əbu-Dabidə
Əbu-Dabidə
Əbu-Dabidə
Əbu-Dabidə
Избранный
2
49
az.trend.az

4Источники