RU

Parlamentarilər narkotik istifadəçiləridir?

Finlandiya parlamentinin tualet kabinəərində narkotik qalıqları aşkar ediblər. Təmilik iişçiləri tualetin səthlərini nəm salfetlərlə siliblər və nümunələri Measurlabs laboratoriyasına göndərdilər.

Laborator müayinələr zamanı salfetlərin üzərində amfetamin, ekstazi və kokain izləri aşkar edilib.
Nümunələr 2024-cü ilin dekabrında parlament binasının üçüncü və beşinci mərtəbələrindəki kişi və qadın tualetlərindən götürülüb. Psixoaktiv maddələrin izləri yalnız deputat qruplarının adətən iclas keçirdikləri beşinci mərtəbədən götürülmüş nümunələrdə aşkar edilib. Jurnalistlərin araşdırma üçün nümunə götürdükləri gün yerdə Milad şənliyi olub.

“Yle” nəşri qeyd edir ki, parlamentə təkcə millət vəkilləri gəlmir, binada ciddi nəzarət var. Eyni zamanda, parlamentin iclaslarının tamaşaçılarına jurnalistlərin yoxlamaq üçün seçdiyi tualetlərdən istifadə etmək qadağan edilib. “Əlbəttə, təəssüf doğuran haldır ki, parlamentdə burada işləyə biləcək insanların narkotikdən istifadə etdiyinə dair əlamətlər var. Parlamentin spikeri Jussi Halla-aho, jurnalistlərin araşdırmasını şərh edərkən, “Bu, cəmiyyətdə narkotik istifadəsinin artdığını göstərir” dedi (Yle). Cənab Halla-aho bildirib ki, Eduskunta (Finlandiya Parlamenti) psixoaktiv maddələrin istifadəsi ilə bağlı tədbir görə bilər. Bununla belə, spiker etiraf edib ki, parlamentin bina daxilində narkotik istifadəsinin qarşısını almaq imkanları azdır.

//Samir Qurbanov, Editor.az

Избранный
19
49
editor.az

10Источники