RU

Rüfət Nasosnu ilə türk müğənni arasında nə baş verib?

Meyxanaçı Rüfət Nasosnu türkiyəli sənətçi Ahmet Enesə 1 500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələyə aydınlıq gətirib.

Meyxanaçı açıqlamasında sözügedən cəriməni ödəməyəcəyini bildirib:

"Bununla bağlı türkiyəli müğənni "Instagram" hesabında da yazmışdı. Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim. Mahnını sildim".

Xatırladaq ki, meyxana ifaçısı Rüfət Nasosnu 2013-cü ildə türkiyəli sənətçi Ahmet Enesə aid olan "Get" adlı mahnını ifa edib. Buna görə sənətçinin komandası ona 1 500 dollar məbləğində cərimə tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərib.

Mənbə: oxu.az

Избранный
15
4
oxu.az

5Источники