RU

"Ümumdünya Qoruqlar və Milli Parklar Günü” ilə əlaqədar BDU-da tədbir təşkil olunub

11 yanvar "Ümumdünya Qoruqlar və Milli Parklar Günü” ilə əlaqədar Bakı Dövlət Universitetində tədbir təşkil olunub.


Tədbir çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinə Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri haqqında geniş məlumat verilib, həmçinin milli park və qoruqların videoçarxları nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, 11 yanvar tarixi Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il Ümumdünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur. Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Ekologiya.az
Избранный
8
ekologiya.az

1Источники