RU

İngiltərə Premyer Liqasından La Liqaya transfer olundu

style='margin-bottom:10px;'>

"Valensiya" heyətini "Bornmut"un futbolçusu Maks Eronzla gücləndirib. 

QOL.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 

25 yaşlı ingiltərəli cinah müdafiəçisi icarə əsasında çıxış edəcək. "Valensiya" imzalanan müqaviləyə əsasən, 9 milyon avro ödəyərək futbolçunu ala bilər. Lakin bu bənd şərti deyil. 

Qeyd edək ki, Maks Eronz bu mövsüm "Bornmut"un heyətində İngiltərə Premyer Liqasında 3, ölkə kubokunda isə 1 oyuna çıxıb. 

Избранный
11
teleqraf.com

1Источники