Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
Vəkil işin baxışa verilməməsini və prokurorluğa qaytarılmasını istəyib. Bildirib ki, istintaqda pozuntulara yol verilib: "İstintaq zamanı Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulub. Cinayət işi nömrələnməyib, müvəkkilim işlə tanış edilməyib. Bu, pozuntudur. İşin yenidən prokurorluğa qaytarılmasını xahiş edirəm".
Dövlət ittihamçısı isə bildirib ki, sadalanan nüanslar işin prokurorluğa qaytarılması üçün əsas deyil. Prokuror cinayət işinin baxışa verilməsini təklif edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək
Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
10Источники
-
olke.azElariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib ( 15078873)
-
avtosfer.azElariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib ( 15075607)
-
gundem.azElarizin həbsdə olan kürəkənindən xəbər var ( 15074007)
-
axar.azElariz Məmmədoğlunun kürəkəni ilə bağlı ittiham aktı... ( 15070841)
-
milli.azElarizin həbsdə olan kürəkənindən xəbər var ( 15070335)
-
oxu.azElariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib ( 15070149)
-
sonxeber.azElarizin kürəkəni özünü təqsirli bilmədi - 4 MİLYONLUQ MƏHKƏMƏ ( 15069543)
-
avtosfer.azZeynal Usubova qarşı dələduzluq edən Nizami Alişanın məhkəməsi keçirildi ( 15067745)
-
konkret.azElarizin həbsdə olan kürəkəni özünü təqsirli bilmir – Proses ( 15067639)
-
sitat.infoElariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib ( 15067637)