RU

"Bayden Ukraynaya yeni hərbi texnika tədarükünü elan etməyəcək" - Pentaqon rəsmisi

"ABŞ hazırkı prezident Co Bayden vəzifəsini tərk edənə qədər Ukraynaya yeni hərbi texnika tədarükünü elan etməyi planlaşdırmır".

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib .

Jurnalistlər ondan Vaşinqtonun hakimiyyət dəyişikliyinə qədər Kiyevə əlavə yardım göstərməyə hazır olub -olmadığını soruşublar.

O vurğulayıb ki, Ukraynaya dəstək üçün qalan vəsaitin bölüşdürülməsi vəzifəsi ölkənin yeni prezidenti Donald Trampın rəhbərlik etdiyi gələcək ABŞ administrasiyasına keçəcək . Söhbət Amerika Konqresinin ayırdığı puldan gedir.


Müəllif: Arzu
Избранный
13
1
teleqraf.com

2Источники