"Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaşın əli sınıb.
Fanat.Az "beIN SPORTS"a istinadən xəbər verir ki, yarımmüdafiəçi məşq zamanı xəsarət alıb.
Hadisədən sonra oyunçu məşqi xüsusi sarğı ilə davam etdirib.
Qeyd edək ki, 30 yaşlı Mert Hakan Yandaş cari mövsüm "Fənərbağça"da 15 matça çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.