RU

“Neftçi” daha bir legioneri GÖNDƏRİR

Yaxın günlərdə “Neftçi”ni daha bir futbolçunun tərk edəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, söhbət hücumçu Dembo Darbodan gedir.

Qambiyalı hücumçudan narazı olan baş məşqçi Samir Abasov onun göndərilməsini istəyib. “Neftçi” Darbonun əvəzinə yeni forvard transfer etməyi düşünür.

Qeyd edək ki, ötən ilin yayından paytaxt klubunda oynayan Darbonun müqaviləsi 2026-cı ilin sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
7
bizim.media

1Источники