"Mənim rəhbərlik etdiyim administrasiya Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirməsi üçün zəmin yaradıb".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentində çıxışı zamanıABŞ -ın hazırkı prezidenti Co Bayden deyib.
O qeyd edib ki, onun administrasiyasının işi sayəsində Ukrayna azad və müstəqil ölkə olaraq qalır.
Bayden əlavə edib ki, ABŞ və Kiyevin Qərb müttəfiqləri Ukraynadan imtina edə bilməzlər.
Müəllif: Arzu