Ukrayna qüvvələrinin Krasnodar diyarının Qay-Kodzor qəsəbəsində “Türk axını” qaz kəmərinin “Russkaya” kompressor stansiyasına hücum cəhdi avropalı istehlakçılar üçün bu cür hərəkətlər zəncirinin çox təhlükəli halqasıdır...
Poliqon TASS agentliyinə istinadən verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Şimal axınında partlayışlar, partlayışların təşkili və təxribatla bağlı fəaliyyətlər silsiləsində avropalı istehlakçılar üçün yeni, çox təhlükəli həlqədir”, Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Poliqon.info