Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 50-yə yaxın şəxs həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna açıqlama verib.
Onun sözlərinə görə, 34 nəfər İton və Paliseyds bölgələrində həbs olunub.Saxlanılanlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimi müxtəlif cinayətlərdə ittiham olunublar.
Los-Anceles Polis Departamenti isə şəhər daxilində 14 nəfəri həbs edib.