Bakı. Trend:
Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni alitəhsil sisteminə keçir. Ali təhsilin bakalavr pilləsi ləğvediləcək. Artıq iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali(5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).
Bəs Azərbaycanda bu model tətbiq olunabilərmi?
Məsələ ilə bağlı Trend-in suallarının cavablandıranAzərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətininsədri İlqar Orucov bildirib ki, Azərbaycanda bu modelintətbiq olunması gözlənilmir.
"Çünki Azərbaycan Bolonya sisteminə qoşulub və Bolonya təhsilsistemində bakalavr, magistr, doktorantura, təhsilin pillələri alitəhsilin pillələri olaraq nəzərdə tutulur.
"Rusiya bu sistemə keçərək Bolonya sistemindən imtina edib. Busistem nə qədər uğurlu və ya uğursuz olacaq, bunu zamanıgöstərəcək. Amma dünyada ali təhsil təkcə Bolonya sistemi üzərindəqurulmayıb və fərqli sistemlər var. Fərqli təhsil sistemləri həm dərəqabət üçün bir meydan deməkdir.
Bu baxımdan, Rusiyada yeni təhsil sisteminə keçid və bakalavrpilləsinin ləğvi özünü nə dərəcədə doğruldacaq, bunu zamangöstərəcək. Əslində, ad dəyişsə də, ixtisaslaşmış təhsil (1-3 ilərzində) magistr təhsil pilləsinə uyğundur. Magistr təhsili tam alitəhsil və eyni zamanda, həm də ixtisaslaşmanın daha dərin məzmunəsasında formalaşması idi.
Azərbaycanda bu modelin tətbiq olunmaması bu gün müzakirəmövzusu deyil. Çünki Azərbaycan, dediyim kimi, ali təhsilstandartları müəyyənləşdirib. Bu standartlar Avropayauyğunlaşdırılıb. Bir standartdan digərinə keçid də çətindir. Buradahəm məzmun infrastrukturu, həm də pedaqoji infrastruktur nəzərdətutulur. Bu baxımdan, düşünmürəm ki, Azərbaycan formalaşmışstandartdan imtina etsin. Bolonya sistemi artıq oturuşmuş və eynizamanda, beynəlxalq səviyyədə uğurlu sistem kimi özünü təsdiq etmişbir sistemdir", - deyə o bildirib.
Təhsil eksperti Elşən Qafarov isə bildirib ki,Azərbaycan da Bolonya sistemindən imtina edə bilər.
"Azərbaycan tam şəkildə Bolonya sisteminə qoşulub, lakinRusiyada vəziyyət fərqli idi. Orada bir çox universitet Bolonyasisteminə qoşulsa da, bəzisi qoşulmamışdı.
Hazırda isə Rusiya yeni təhsil sisteminə keçid edir. Bakalavr,magistr təhsili yerinə əsas və ixtisaslaşmış ali təhsil yaradılır.Düşünürəm ki, Azərbaycanda magistr təhsili formal şəkildə həyatakeçirilir. Ali təhsilin həm məzmunu da, həm də strukturunda ciddidəyişikliyə ehtiyac var. İstisna etmirəm ki, Azərbaycan da Bolonyasistemindən imtina edə bilər. Çünki bu sistem ölkəyə heç nəvermədi. Bəlkə də, bu sistem bizdə effektiv olmadı. Dövlət olaraq,bizim hüququmuzdur ki, hansısa sistemdən imtina edək, yeni sisteməkeçid edək",- deyə o əlavə edib.
Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki,Azərbaycanda bakalavr pilləsinin ləğvi yox, bəzi humanitar ictimaiixtisaslarda təhsil müddətinin qısaldılması müzakirə edilir.
"Azərbaycan uzun müddətdir Bolonya sisteminə qoşulub və Avropauniversitetləri ilə kifayət qədər yaxşı əlaqələri var. Təhsilininkişafı strategiyasında da dünya təhsilinə inteqrasiya mövcuddur.Ona görə, düşünmürəm ki, Bolonya sistemindən çıxılsın. Cəmiyyətdə,dünyada gedən inkişaf mütləq izlənməlidir. Təhsil dinamik birsistemdir. İnteqrasiya inkişaf etmiş ölkələrin təhsil sisteminədoğru olmalıdır. Yeni təhsil sisteminə keçid hazırda Azərbaycanüçün aktual deyil", - deyə o vurğulayıb.