RU

Avropanın ən böyük pensiya fondlarından biri Tesla-dakı bütün səhmlərini satıb

Hollandiyanın ən böyük pensiya fondlarından biri olan Stichting Pensioenfonds ABP, Tesla-nın Baş Direktoru İlon Maskın maaş paketini və şirkətin iş şəraitini təsdiqləmədiyi üçün Tesla-dakı 2,8 milyon səhmini təxminən 571 milyon avroya (585 milyon dollar) satıb. 

Marja Business Insider-a istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında satılan 2,8 milyon səhmin dəyəri təxminən 571 milyon avro (585 milyon dollar) olub.

ABP açıqlamasında bu qərarın siyasi səbəbinin olmadığını bildirərək, “Biz hər şeyə sərmayə yatırmağa məcbur deyilik” deyib. ABP, Teslanın 2024-cü ilin iyununda səsverməyə qoyduğu maaş paketinin əleyhinə səs verib.

Avropada tənəzzül

Tesla Model Y 2024-cü ildə Hollandiyada ən çox satılan avtomobil olub. Bununla belə, Tesla-nın Avropadakı satışları azalma tendensiyasındadır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Tesla-nın 2024-cü ilin yanvar-noyabr dövründə avtomobil satışı əvvəlki illə müqayisədə 15 faizdən çox azalıb.

Tesla-nın bazar dəyəri hazırda təxminən 1,27 trilyon dollardır və şirkətin səhmləri son bir ildə 74 faiz dəyər qazanıb.

Избранный
10
marja.az

1Источники