RU

Məhkəmə hakimin özü-özünə etirazını təmin etdi

Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Rayon Məhkəməsinin sabiq iclas katibi Tofiq Canıyevin barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, birinci instansiya hakiminin özü-özünə etirazı təmin edilib.


Qeyd: Tofiq Canıyevə Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) – şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham elan edilib.


Onun barəsində başlanan cinayət işi baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Hakim Kamran Süleymanovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesə sədrlik edən hakim özü-özünə etiraz edib. Etirazı belə əsaslandırıb ki, Tofiq Caniyev Lənkəran Rayon Məhkəməsinin əməkdaşı olub və məhkəmə iclas katibi vəzifəsində işləyib. Sonra hakimin etirazı Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov 

Tarix: 14 Yanvar 2025, 08:32   
Избранный
8
pravda.az

1Источники