RU

Bakıda yeznəsini öldürmək istəyən ata və oğlu apellyasiya şikayəti verdi

Bakıda yeznəsini bıçaqlayaraq öldürmək istəyən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən ilkin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti prosesi fevralın 3-nə təyin edilib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov isə 11 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Qeyd: Hadisə 2023-cü ilin iyununda paytaxtın Sabunçu rayonunda qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov yaşadığı evin həyətində yeznəsi - 1994-cü il təvəllüdlü Ağasəlim Məmmədovu bıçaqla vuraraq ona daxilə nüfuz edən 2 ədəd xəsarət yetirib. Yeznəsini bıçaqlayan Allahverdi Mahmudov və atası Yusif Mahmudov şübhəli şəxs qismində tutulub.


Onlara qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
 

Kamal Məmmədov 




Tarix: 14 Yanvar 2025, 08:56   
Избранный
6
pravda.az

1Источники