Bu gün Azərbaycan Basketbol Liqasında bir oyun keçiriləcək.
İdman.biz xəbər verir ki, IX turun təxirə salınan matçında “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək.
Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Naxçıvan təmsilçisi 8-ci qələbə ilə liderliyə şərik olmaq üçün meydana çıxacaq. Abşeronun eyniadlı təmsilçisi isə iddialı rəqibini büdrətmək arzusundadır.
Azərbaycan Basketbol Liqası
IX turdan təxirə salınan oyun
14 yanvar
19:00. “Naxçıvan” - “Abşeron”
“Sərhədçi” İdman Mərkəzi
Qeyd edək ki, sabah B qrupunun təxirə salınan oyunları keçiriləcək. “Şəki” “Gəncə”ni, “Sumqayıt” “Quba”nı qəbul edəcək.
1 | Sabah | 10 | 8 | 2 | 829-701 | 18 |
2 | Naxçıvan | 9 | 7 | 2 | 708-669 | 16 |
3 | Sərhədçi | 10 | 5 | 5 | 737-66 | 15 |
4 | Neftçi | 10 | 4 | 6 | 732-757 | 14 |
5 | Abşeron | 9 | 4 | 5 | 651-715 | 13 |
6 | NTD | 9 | 1 | 8 | 737-827 | 10 |
İdman.biz