Tramp Qrenlandiya üçün 77 milyard dollar saymalı olacaq
Qrenlandiya adasının alınması ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampa 12,5 milyard dollardan 77 milyard dollara qədər başa gələ bilər.
Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə müsahibəsində Nyu-York Federal Ehtiyat Bankının keçmiş iqtisadçısı Devid Barker danışıb.
Mütəxəssis hesablamaları üçün ABŞ-nın 1917-ci ildə Danimarkadan Vircin adalarını alması üçün çəkdiyi xərcləri əsas götürüb.