RU

Ronaldo və "Əl-Nassr" razılığa gəliblər

Kriştiano Ronaldo daha bir mövsüm Səudiyyə Ərəbistanında qalacaq.

İdman.biz xəbər verir ki, "Əl-Nassr" 39 yaşlı hücumçu ilə müqavilənin müddətini 2026-cı ilin iyununa qədər uzatmaq üçün ilkin razılığa gəlib.

Bu barədə jurnalist Mutab Əl-Avad məlumat yayıb.

Portuqaliyalı futbolçunun Ər-Riyad klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.

Qeyd edək ki, Ronaldo cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib və 11 qol vurub.

İdman.biz

Избранный
42
37
idman.biz

10Источники