RU

NATO-nun keçmiş komandanından Trampa  məsləhət

Yazını böyüt
Yazını kiçilt

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Donald Trampın Qrenlandiyanı ABŞ ərazisinə birləşdirmək planından danışıb.

Hafta.az-ın “The Hill”a istinadən yazdığına görə, 2009-2013-cü illərdə bu vəzifədə çalışmış yunan əsilli ABŞ vətəndaşı Stavridis, "Bu, yaxşı fikir deyil. Biz Qrenlandiya ilə sıx əlaqədə çoxlu iş və sərmayə edə, rusları kənarda saxlaya, çinliləri uzaqlaşdıra və çox işləyə bilərik" deyib.

69 yaşlı Stavridis dünən ABŞ radiostansiyalarından birinə verdiyi müsahibədə Qrenlandiyanı "ABŞ üçün strateji qızıl mədəni" adlandırıb: “Şimali Atlantikanın düz üstündə. Ölkəmizə qarşı edilən cəhdlərə qarşı müdafiəni təmin edir. Coğrafi baxımdan çox vacibdir. O, strateji mədənlərlə doludur. 51-ci əyalət olmasa da, bizim üçün əlbəttə ki, iqtisadi hədəf ola bilər”.

Yanvarın 20-də vəzifəyə başlayacaq Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək planı ilə gündəmdə qalmaqda davam edir. Respublikaçı lider hərbi üsullara əl atacağı ilə də hədələyib.

Qrenlandiyanın baş naziri Mut Egede buna reaksiya verib və adanın satılmadığını bildirib. Trampla görüşməyə hazır olduğunu bildirən Egede, "Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz danimarkalı və ya amerikalı yox, qrenlandiyalı olmaq istəyirik" deyib.

Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət qazansa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində onlardan asılıdır.

Danimarka Qrenlandiyanı itirmək istəmir və ABŞ-la siyasi münaqişədən yayınır. Məlumata görə, Kopenhagen administrasiyası Trampın komandasına Qrenlandiyanı almaq əvəzinə təhlükəsizliyi gücləndirməyi, o cümlədən dünyanın ən böyük adasındakı ABŞ hərbi varlığını artırmağı təklif edib.

Избранный
5
hafta.az

1Источники