RU

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 % artıb

2024-cü ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 24 milyard 541,3 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 12 % çoxdur.

“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu il yanvarın 1-nə qədər ölkədə 104 019 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Избранный
5
15
ikisahil.az

10Источники