Bakıda həbsdə olan erməni hərbi cinayətkarların cinayət işləri üzrə istintaq yekunlaşıb.
E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.
O deyib ki, cinayət işləri aidiyyəti üzrə məhkəmələrə göndərilib: "Bu həftənin sonunda Bakı Hərbi Məhkəməsində həmin işlərə baxılmasına başlanılacaq".
Şəbnəm Mehdizadə