ABŞ prezidenti Co Baydenin xarici siyasəti ölkə tarixinin ən pis siyasəti olub.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Newsmax"a deyib.
“Son dörd il ərzində baş verənlərə nəzər saldıqda düşünürəm ki, bu, ölkəmizin tarixində ən aşağı nöqtədir. Çox pis idi”, - Tramp deyib.
Tramp əlavə edib ki, o, insanları vəzifədən gedəndə incitmək istəmir, amma Bayden dövrü bir daha gəlməyəcək.