RU

Çin “TikTok” aktivlərini Maska satmaq istəyir – “Bloomberg”


Çin rəsmiləri “TikTok” sosial şəbəkəsinin ABŞ əməliyyatlarına nəzarətin İlon Maska verilməsi variantını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların fikrincə, Çin “TikTok”un ana şirkət “ByteDance”ə məxsus olmasına üstünlük verir. Lakin ABŞ-də hakimlər açıq şəkildə belə bir nəticənin mümkün olmadığını bildirirlər.
Bu səbəbdən sosial platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri fəaliyyət planlarını müzakirə etməyə başlayıblar ki, bunlardan biri də şirkətin ABŞ əməliyyatlarının Maska satılmasını nəzərdə tutur.
Belə ki, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.
Mənbələrdən biri qeyd edib ki, başqa bir seçim, qadağadan yayınmaq üçün mövcud ABŞ sosial şəbəkəsi müştərilərini oxşar, lakin fərqli markanın tətbiqinə köçürməkdir.
Избранный
14
1
yeniavaz.com

2Источники