RU

Aİ rəsmisi: “Ermənistan və Azərbaycanın danışıqlar aparması vacibdir”

“Ermənistan və Azərbaycanın sərt ritorikadan və güc təhdidlərindən qaçaraq bütün həll edilməmiş məsələlər üzrə xoş niyyətlə danışıqlar aparması vacibdir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu  Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə baş nümayəndəsi Anita Hipper məlumat verib.

O, Aİ-nin regionda davamlı sülhün əldə edilməsində tərəfləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Anita Hipper vurğulayıb ki, tərəflər dialoqa və müvafiq narahatlıqlarına cavab verən qarşılıqlı məqbul həll yollarını tapmağa təşviq edilir:

“Avropa İttifaqı ardıcıl olaraq tərəfləri sülh prosesinə zərər verə biləcək addımlar atmaqdan çəkinməyə çağırıb. Xüsusilə, biz sərt ritorikadan qaçmağa böyük əhəmiyyət veririk və tərəfləri regionun bütün xalqları üçün sabit və dinc gələcək yaratmaq üçün qarşılıqlı məqbul həll yollarının tapılması istiqamətində işləməyə çağırırıq.

Aİ hər iki tərəflə, o cümlədən nizamlanma prosesi və ikitərəfli əməkdaşlıqda ötən ilin müsbət inkişafı ilə bağlı məsləhətləşmələr aparmağa davam edir. Biz tərəfləri dialoqu davam etdirməyə və müvafiq məsələləri həll edəcək qarşılıqlı məqbul həllər tapmağa çağırırıq”.

O bildirib ki,  Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri alqışlayırıq: 

“Digər beynəlxalq səylərlə yanaşı, 2021-2023-cü illərdə Brüssel Prosesi hər iki tərəfin liderlərinə əsas məsələlər üzrə fəal müzakirələrdə iştirak etməyə imkan verdi. Bu, nizamlanma prosesinin irəliləməsi üçün struktur əsas və lazımi məkan yaratdı və bu, hər iki tərəf tərəfindən yüksək qiymətləndirildi.

Aİ ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əldə edilmiş müsbət irəliləyişi yüksək qiymətləndirir və 2025-ci ilin regiondakı bütün insanların rifahı üçün daha müsbət nəticələr gətirəcəyinə ümid edir. Aİ hər iki tərəfə əlavə dəstək verməyə hazırdır”.

Избранный
3
6
cebheinfo.az

7Источники