RU

Paşinyanın yaxın aylarda istefa verəcəyi gözlənilir

"Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək".Missiya.Az xəbər verir ki, bu iddianı Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan bildirib.

O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.

Ağazaryan ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən məlumatlıdır və düşünür ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Deputatın görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var.

O, növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblərin olduğunu ifadə edib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
5
9
missiya.az

10Источники