RU

Pentaqondan daha böyük olacaq: Türkiyə güc strukturlarını buraya toplayır

30 avqust 2021-ci ildə təməli Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan "Türkiyənin Pentaqonu" olaraq xarakterizə edilən “Ay-Ulduz Birgə Qərargahı" 2028-ci ildə tamamlanacaq.

Publika.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​“Ay-Ulduz Birgə Qərargah” layihəsinin son vəziyyəti ilə bağlı deputatların suallarını cavablandırıb.

Müdafiə naziri diqqətə çatdırıb ki, qərargah tikintisi TOKİ ilə imzalanmış protokol çərçivəsində həyata keçirilir:

“Bu çərçivədə layihənin tikintini əhatə edən birinci mərhələsinin 2025-ci ilin avqustunda, ikinci mərhələsinin isə bitirmə işləri tenderi 2025-ci ildə keçiriləcək. Ümumillikdə layihənin 2028-ci ilin əvvəlində tamamlanması gözlənilir.

“Ay-Ulduz Birgə Qərargahı" köçürülmə tamamlandıqdan sonra hazırda Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı və Hərbi Hava Qüvvələri Komandanlığının istifadəsində olan bina, obyekt və ərazilərin vəziyyəti müəyyən ediləcək”.

Избранный
19
publika.az

1Источники