ABŞ-ın Kaliforniya ştatının Los-Anceles qraflığında davam edən meşə yanğınlarının miqyası nüvə zərbəsinin vurduğu ziyanı üstələyir...
Poliqon xəbər verir ki, bu fikri ABŞ-nin seçilmiş prezidenti Donald Tramp deyib.
“Vəziyyət televizorda gördüyünüzdən qat-qat pisdir. İnanıram ki, oradakı dağıntılar nüvə zərbəsinə məruz qalmalarından daha böyükdür”, deyə Tramp Newsmax-a müsahibəsində deyib.
ABŞ-nin seçilmiş lideri gələcəkdə ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağını irəli sürdü.
Xatırladaq ki, yanvarın 7-də Los-Anceles qraflığında meşə yanğınları başlayıb. Meteoroloqların bildirdiyinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub. Ərazidə yanğınların ümumi sahəsi 16 min hektarı ötüb.
Yanğın 12300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib. Baydenin oğlu Hanter, aktrisa və model Paris Hilton, aktyor və rejissor Mel Gibsonun evləri yanıb.
Son məlumatlara görə, 24 nəfər ölüb.
Poliqon.info