RU

2025-ci ildə Ukraynanın Rusiyaya ən kütləvi hücumu: Nəticələri açıqlandı

Çərşənbə axşamı, yanvarın 14-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya ərazisinə 200-dən çox pilotsuz uçuş aparatı (PUA) və Amerikanın beş ATACMS ballistik raketini buraxıb.

Publika.az xəbər verir ki, bu, 2025-ci ilin ən kütləvi hücumu adlandırılıb.

Rusiya mətbuatı bildirir ki, ölkənin 12 bölgəsi - Tula, Saratov, Bryansk, Kursk, Rostov, Oryol, Samara, Belqorod, Volqoqrad və Voronej vilayətləri , həmçinin Krasnodar diyarı və Tatarıstan Respublikası vurulu

Hücumda PD-2, Beaver, Fierce və UJ-22 dronları iştirak edib. Saratov vilayətinin qubernatoru Roman Busarqinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu nəticəsində Saratov və Engelsdə iki müəssisə zərər görüb. O, hava hücumundan müdafiə sistemlərinin çoxlu sayda hədəfi məhv etməyə qadir olduğunu açıqlayıb.

Pilotsuz təyyarənin hücumundan sonra Engelsdəki neft anbarında yanğın başlayıb. Hadisə şahidləri bildiriblər ki, obyekt ən azı iki dəfə vurulub.

Избранный
4
1
publika.az

2Источники