AccuWeather konsaltinq şirkəti Kaliforniyada yanğına dəyən zərərin 250 milyard dolları keçdiyini bildirib.
Bu barədə şirkət X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“AccuWeather, ümumi zərər və iqtisadi itkilərin ilkin hesablamalarını yenilədi və 250 milyard dollardan 275 milyard dollara qədər artırdı” dedi.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden federal rəsmilərlə keçirdiyi brifinqdə Los-Ancelesin kütləvi yanğınlar nəticəsində zədələnmiş ərazilərini bərpa etmək üçün Konqresdən on milyardlarla dollar istəmək niyyətində olduğunu açıqlamışdı.
DOĞRU.AZ