Fransanın “Valansyen” klubunun mərkəz müdafiəçisi Yoaxim Kayi Sanda bundan sonra “Sauthempton”un formasını geyinəcək.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Premyer Liqa təmsilçisi bu transfer üçün “Valansyen”ə 5 milyon avro ödəyib. “Sauthempton”la 18 yaşlı müdafiəçi arasında imzalanmış müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir.
Futbola “Entoni Sports”da başlamış Yoaxim Kayi Sanda daha sonra “Atletik Bulon”da çıxış edib. O, “Valansyen”ə 2021-ci ilin iyul ayında keçmişdi. Gənc müdafiəçi bu klubun əsas komandasında 38 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kayi Sanda Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında forma geyinib.
“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.