Bu gün Ermənistan və ABŞ arasında strateji sənəd imzalanacaq.
Publika.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona iki günlük (14-15 yanvar) səfər edib.
Sənədi Mirzoyan və artıq səlahiyyət müddəti başa çatan dövlət katibi Entoni Blinken imzalayacaq.
Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Tramp Administrasiyasına “miras” qoymaq məqsədi daşıyır: ABŞ-ın yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır; Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistanın “əlini zəiflədəcək” amildir;
Strateji sənədin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd, Trampın buna nə qədər əməl edəcəyi sual altındadır.
Sənəddə nələrin əks olunacağı xüsusilə maraqlıdır. Təfərrüatlar bəlli olmasa da, bura təhlükəsizlik kimi məsələlərin daxil ediləcəyi, özündə 5 aprel 2024-cü il Brüssel razılaşmasının müəyyən tərəflərini ehtiva edəcəyi istisna deyil. O da istisna deyil ki, sənədi imzalayacaq Mirzoyanla Blinken yeni administrasiyanın buna sadiq qalmasını təmin etməyin də yollarını müzakirə edəcək və bu prosesdə erməni diasporu/lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir.
Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir. Yeni administrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürməyə, ya da Azərbaycanla da eyni razılaşmalar əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq.
Asif Nərimanlı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта