RU

"İran müxtəlif bəhanələrlə Ermənistana təzyiq edir" - İlyas Hüseynov

"İran müxtəlif bəhanələrlə Ermənistana təzyiq edir" - İlyas Hüseynov"Son illər ərzində İranın Azərbaycana qarşı müxtəlif səviyyələrdə mövqe nümayiş etdirməsi bölgədəki reallıqlarla bağlıdır. Yeni geosiyasi mənzərə belə görünür ki, İranı narahat edir və bununla razılaşmır. Siyasi və dini müstəvidə də hücumlar təşkil olunmaqdadır. O cümlədən, İranın Ali Rəhbərinin Ərdəbildə, Qəzvində olan nümayəndələrinin ölkəmiz və liderimiz əleyhinə olan fikirləri ilə tanışıq".

Bunu Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, İran regional proseslərə dəstək verməli, əməkdaşlığa can atmalıdır:

"Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı da bu mövzuya toxunulmuşdur və ölkəmiz əleyhinə fikirlər söyləyən şəxslər, dövlət başçısından üzr istəməlidirlər və bu bir tələb kimi irəli sürülmüşdür. Məlumdur ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Həm də, İran müxtəlif bəhanələrlə Ermənistana təzyiq edir. Ermənistan Üçtərəfli Bəyanata imza atıb və üzərinə öhdəliklər götürüb. Ona görə də bu məsuliyyət dərk edərək öhdəlikləri vaxtı-vaxtında icra etməlidir. Təəssüflər olsun ki, Ermənistan İran da daxil olmaqla ayrı-ayrı güc mərkəzlərinin əlində bir alətə çevrilmişdir və kənardan söylənilən fikirləri yerinə yetirməklə məşğuldur. Bu heç bir müstəqil dövlətə başucalığı gətirmir. O cümlədən, İran da regional proseslərə dəstək verməli, əməkdaşlığa can atmalı və hazırda siyasi gündəlikdə olan məsələləri "tormuzlamamalı"dır. Bundan əlavə, müxtəlif səviyyələrdə ölkəmiz əleyhinə hücumların təşkil olunmasına da son qoymaq və mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlığı formalaşdırmaq zərurətdir".

Vüsalə İbrahimli

Избранный
7
sonxeber.az

1Источники