RU

Süni intellekt dünyanın enerji tələbatını rekord həddə çatdıracaq - BƏƏ Energetika naziri

Bakı. Trend:

Dünyada enerjiyə olan tələbat əhəmiyyətli şəkildə artıb vəgələcək tələbatların ödənilməsində akkumlyatorlar batareyalarınınvacib rolu olacaq.

Trend xəbər verirki, bunu Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) açılışmərasimində nitqlə çıxış edən BƏƏ energetika naziri Süheyl MəhəmmədƏl Məzrui deyib.

“Akkumlyator batareyaları – dünyanın ən sürətlə inkişaf edənenerji texnologiyasıdır”, - deyə Əl Məzrui enerjinin saxlanılmasıistiqamətində innovasiyaların vacibliyini vurğulayıb.

O bildirib ki, cari ildə enerji sisteminə rekord 100 qiqavattgüc əlavə olunacaq. Bununla belə, nazir xəbərdar edib ki, xüsusiləsüni intellektin hazırkı inkişaf səviyyəsini nəzərə alsaq, bu,dünyada enerjiyə artan tələbatın sadəcə cüzi bir hissəsiniödəyir.

“Süni intellekt peyda olana qədər elektrik enerjisinə olantələbin 2035-ci ilə qədər 9000 qiqavatdan 15 000 qiqavatta qədərartacağı proqnozlaşdırılırdı. Amma istifadəsi aya yarım milyardziyarətə qədər artmış və "Google" axtarışı ilə müqayisədə 10 dəfədaha çox enerji aparan "ChatGPT" kimi tətbiqlərə görə, 2050-ci iləbu göstərici 35 000 qiqavatta çata bilər. Bu 250 faizdən çox birartımdır”, - deyə nazir bildirib.

BƏƏ naziri problemin miqyasından söz açaraq, heç bir enerjimənbəyinin belə misli görülməmiş tələb səviyyəsini ödəməyə qadirolmadığını qeyd edib.

“Əminəm hər biriniz razılaşacaqsınız ki, heç bir eneji mənbəyibu misli görülməmiş tələbatı ödəyə bilməyəcək”, - deyə Əl Məzruivurğulayıb.

O, həmçinin, enerjiyə olan qlobal əlçatanlıq məsələsindəkiqeyri-bərabərlikdən söz açaraq, “enerjinin bir milyard insan üçünhələ də əlçatan olmadığını” ictimaiyyətin diqqətinə çatdırıb.

Bunun üçün nazir beynəlxalq ictimaiyyəti artan enerjitələbatının ödənilməsi və onun əlçatanlığında olan boşluqlarınaradan qaldırılması üçün lazımi çeviklik və imkanlarla təmin edəngeniş spektrli enerji həlləri tapmağa çağırıb.

Əl Məzrui dayanıqlı energetik gələcək naminə, şaxələndirmənin vətexnoloji innovasiyaların, o cümlədən, akkumulyator batareyalarınınvə bərpa oluna bilən enerji mənbələrinin vacibliyinivurğulayıb.

Избранный
7
1
az.trend.az

2Источники