RU

“İlin mahnısı”na Səidədən SƏRT ETİRAZ: “Çini çaydan”-ı seçərdiniz...”

Səidə Sultan "ilin mahnısı" mükafatına etiraz olaraq  sosial şəbəkə hesabında paylaşım edib.

Yenisabah.az xəbər verir ki, müğənni mükafatın "106,3 FM" tərəfindən verilən və 1,8 milyon baxış toplayan bir mahnıya verilməsinin doğru olmadığını düşünür. İfaçı, "ilin mahnısı" mükafatı üçün əsl layiq namizədlərin arasında "S.O.S", "Zülmətəm", "İstədim", "Əydi qəddimi", və "Mən beləyəm" kimi mahnıları qeyd edib:

“Dünən möhtəşəm xalq konsertində oldum. “106,3 FM” “ilin mahnısı” mükafatını verdi. Sizcə nə qədər doğrudur ki, il ərzində 1,8 milyonbaxış yığan mahnı “ilin mahnısı” adına layiq olsun. Əslinə qalsa, “ilin mahnısı” adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin. Elə biri “S.O.S”. Tutaq ki, Aygünə mükafatı vermək istəmədiz, o zaman Röyanın “Zülmətəm”i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin “İstədim”, mənim “Əydi qəddimi”, Günay İbrahimlinin “Mən beləyəm” mahnılarını da görmədiz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiz?! Əgər mahnını il ərzində dinlənmə sayına görə seçirsizsə, “Çini çaydan” mahnısı seçdiyiniz mahnıdan daha çox layiq idi”.

Baş tutan konsertdə isə "Hissin" qrupunun "Best" mahnısı "İlin mahnısı" nominasiyasında qalib gəlib.

Aytac Şahin


Telegram kanalımız
Избранный
12
5
yenisabah.az

7Источники