RU

Xocalı şəhərinə və Ballıca kəndinə növbəti dəfə köç olacaq

Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.

Teleqraf.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvvəqəti məskunlaşan Xocalıdanolan ailələr növbəti dəfə doğma torpaqlarına köçürüləcək.

Sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanınmüxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb.

Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Həmin gün Ballıca kəndinə 21 ailə (119) nəfər köçürülüb.

Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 26-sı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.


Müəllif: Teleqraf.com
Избранный
10
2
teleqraf.com

10Источники