RU

İstanbulda 11 milyondan çox narkotik həb ələ keçirilib

Bakı. Trend:

İstanbulda narkotik maddə istehsalçılarına qarşı genişmiqyaslıəməliyyat həyata keçirilib.

Trend-inxəbərinə görə, bununla bağlı Türkiyənin daxili işlər naziri AliYerlikaya açıqlama verib.

Bildirilib ki, “Narkokapan-7” kod adı ilə keçirilən əməliyyatnəticəsində 11 milyon 225 min ədəd narkotik həb, 1 ton 275 kiloqramqatqı maddəsi, 364 kiloqram ağırlığında boş kapsül, narkotikhəblərinin istehsalında istifadə edilən 6 aparat və digər vasitəələ keçirilib, narkotik maddə istehsalçısı olduğu müəyyən edilən 11şübhəli saxlanılıb.

Əməliyyat İstanbulun Küçükçekmece Respublika Baş Prokurorluğuilə Təhlükəsizlik Baş İdarəsinin narkotik cinayətlərlə mübarizəbürosunun koordinasiyasında aparılan araşdırma nəticəsində şəhərinBaşakşehir, Fatih və Zeytinburnu rayonlarında icra edilib.

Nazir Yerlikaya, sosial media hesabında əməliyyatlarla bağlıməlumat və görüntüləri paylaşaraq bildirib: “Apardığımız hər birəməliyyat, ələ keçirdiyimiz hər bir maddə gələcəyimizə sahib çıxmamübarizəsidir”.

Избранный
2
1
az.trend.az

3Источники