Ötən gün 85 yaşında vəfat edən Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində ailə üzvləri, ictimaiyyət nümayəndələri, onu yaxından tanıyanlar və keçmiş iş yoldaşları iştirak efib.
Xatırladaq ki, Şəmsəddin Xanbabayev 1992-2000-ci illərdə Naxçıvan MR Baş naziri olub. 2004-2019-cu illərdə isə Xaçmaz rayon İcra Hakimiyyətinə rəhbərlik edib.
İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта