Son dövrlər insanlar kredit üçün banklara tez-tez müraciət edirlər. Lakin əhalinin müəyyən təbəqəsi müraciət zamanı çətinliklərlə qarşılaşır. Bu baxımdan, banklar əvvəlki illərə nisbətən bu gün daha çox nəzarətli və məsuliyyətli kredit verməyə üstünlük verirlər.
Maliyyə üzrə ekspert Əkrəm Həsənov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəzi vətəndaşlar kredit alandan sonra müəyyən problemlərlə üzləşirlər. “Elə banklar var ki, sadə vətəndaşlarla əməkdaşlıq eləmir, daha çox biznes kreditlərinə üstünlük verirlər. Buna misal olaraq, Paşa bankı göstərmək olar. Hansı bank aşağı faizlə kredit verirsə, əhali daha çox həmin banklara üz tutur”.
Ə.Həsənov onu da qeyd edib ki, vətəndaşların əksəriyyəti düzgün ölçüb-biçə bilmədiyi üçün kredit alanda, sonradan müəyyən çətinliklərlə üzləşirlər. Onun sözlərinə görə, bunlara gəlirləri qeyri-rəsmi olan insanlar, əvvələr problemli kreditləri olan və yaşı çox olanlar aiddir.
Havar Şəfiyeva