Bakı. Trend:
Bu gün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı iləAzərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə”qərarı verilib.
Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Bildirilib ki, qeyd olunan istiqrazların yerləşdirilməsi onlarınBakı Fond Birjasında ticarətə buraxılmasından sonra baştutacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2003019893 |
İstiqraqzların növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
İstiqrazların sayı | 200,000 (ədəd) |
İlkin ticarət qiyməti | 1000 ABŞ dolları |
Buraxılış həcmi | 200,000,000 ABŞ dolları |
İllik gəlirlilik faizi | 6% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç)aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla |
Tədavül müddəti | 5 il |
Ticarətə buraxılma tarixi | İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətəburaxılmasından sonra baş tutacaq. |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |