RU

Evlilik təklifi edərkən kişilərin diz çökməyinin səbəbi nədir?

Evlilik təklifi edərkən diz çökmək uzun müddət öncə yaranan ənənədir. Ancaq nə qadınlar, nə də kişilər bu ənənənin haradan gəldiyini və niyə həyata keçirildiyini bilmirlər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, diz çökərək evlənmək təklifi etməyin əsl səbəbi məlum olub.
 
Evlilik təklifi edərkən diz çökmək vərdişi əslində orta əsrlərdə yaranmış bir ənənədir. Əvvəllər insanlar evlənmək təklifi edəndə diz çökmürdülər. Lakin bu ənənə zaman keçdikcə formalaşıb və demək olar ki, bütün dünyaya yayılıb. Ancaq bir çox insan evlilik təklifi zamanı diz çökmə vərdişinin əsl səbəbini bilmir.

Diz çökərək evlilik təklifi əslində Orta Çay cəngavərlərindən gələn ənənə kimi tanınır.

Cəngavərlər sədaqətlərini göstərmək üçün padşahların və zadəganların qarşısında diz çökərdilər. Bu təslimiyyət və hörmət əlaməti ikitərəfli münasibətlərdə bir qədər dəyişilmiş mənada əks olundu.
 
Beləliklə, evlilik təklifi zamanı diz çökmə vərdişi qarşı tərəfə hörmət əlaməti olaraq bilinir. 
 
Evliliyə təklifi üçün diz çökmək təkcə fiziki göstəriş deyil, həm də dərin məna daşıyır. Cəngavər öz padşahına sədaqətini göstərdiyi kimi, bu vərdiş də kişinin  qadınına sədaqətini göstərmək üsulu kimi qiymətləndirilir.
 
Zamanla yayılan və romantik bir jest halına gələn diz çökərək evlilik təklifi etmə vərdişi beləliklə əlamətdar mərasimə çevrilib və həyatımızda öz yerini tutub.
 
Oksana
Избранный
2
azxeber.com

1Источники