RU

Bakı Almatının muzey işçiləri üçün ixtisasartırma mərkəzlərindən birinə çevrilib

Astana, 14 yanvar, AZƏRTAC

Almatı muzeyinin işçiləri qabaqcıl dünya təcrübələrini mənimsəyir, Qazaxıstanın mədəni irsini qorumaq və populyarlaşdırmaq üçün onları uğurla tətbiq edirlər.

AZƏRTAC şəhərin Mədəniyyət İdarəsinə istinadla xəbər verir ki, Almatı Qazaxıstanda muzey əməkdaşlarının xaricdə dünyanın aparıcı mədəniyyət mərkəzlərində təcrübə keçmək imkanı əldə edən yeganə şəhəridir.

Muzey işçiləri Almatı meriyasının dəstəyi ilə Azərbaycanda (Bakı), Türkiyədə (İstanbul), İtaliyada (Neapol), Avstriyada (Vyana), Çexiyada (Praqa) və digər ölkələrdə peşəkar bacarıqlarını artırıblar.

Bundan əlavə, Almatı Qazaxıstanda muzeylərinin yüksək mükafata - Türk dünyasının ən yaxşı muzeyinə layiq görülən ilk şəhəri olub. Bu status şəhər muzeylərinin beynəlxalq mövqelərini möhkəmləndirir, onların tarixi-mədəni irsin qorunub saxlanmasında və təbliğində rolunu təsdiqləyir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
6
1
azertag.az

2Источники