RU

Ötən il Dövlət Vergi Xidməti plana 538 milyon manat çox əməl edib

2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb.

Ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Naxçıvanda vergi daxilolmaları 37,6 faiz artıb

2024-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon manatdan çox vergi daxil olub ki, bu da 2023-cü ilə nisbətən 37,6 faiz və ya 61,9 milyon manat çoxdur. Ötən il Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 130,2 faiz icra edilib.

 

Избранный
3
15
marja.az

10Источники